Millimiz FIFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1168 xalla 110-cu pillədə qərarlaşıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1783.38), Fransa (1757.30) və Braziliya (1742.65) yer alıb.

Xəbər 377 dəfə oxundu.