“Real Madrid” klubu baş məşqçi Zinəddin Zidan ilə müqaviləyə xitam verib
“Real Madrid” futbol klubunun rəhbərliyi baş məşqçi Zinəddin Zidan ilə müqaviləyə xitam verib.

Bu, fransalı mütəxəssisin istəyi ilə baş verib.

Xatırladaq ki, “Real Madrid” klubu 2015-2016-cı, 2016-2017-ci və 2017-2018-ci il mövsümlərində Zinəddin Zidanın rəhbərliyi ilə üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının, bir dəfə ölkə, iki dəfə UEFA Superkubokunun və iki dəfə klublararası dünya kubokunun sahibi olub.

Xatırladaq ki, 2018-ci ilin mayında “Real Madrid” ilə yollarını ayıran Zinəddin Zidan 2019-cu ilin martında yenidən komandaya qayıtdıqdan sonra klub ölkə çempionu adını qazanıb.


Xəbər 377 dəfə oxundu.