Aerobika gimnastikası üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək idmançılar müəyyənləşib
Mayın 27-28-də Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatında ölkəmizi təmsil edəcək idmançılar müəyyənləşib.

Ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi yarışda 22 ölkədən 171 idmançının iştirakı gözlənilir.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edəcəklər.

Üç gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Xəbər 378 dəfə oxundu.