Şahmatçılarımız Serbiyada keçirilən “Masters” turnirində mübarizəyə başlayıblar
Mayın 26-da Serbiyada şahmat üzrə “Masters” açıq turniri start götürüb.

Turnirdə Azərbaycanı 8 şahmatçı təmsil edir. Yarışda Rauf Məmmədov, Eltac Səfərli, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Read Səmədov mübarizə aparacaqlar.

Turnirdə Azərbaycan da daxil olmaqla 35 ölkədən 200-dən çox şahmatçı iştirak edir. Onların 50-si qrossmeysterdir.

Xəbər 375 dəfə oxundu.