Fabio Kapellonun məvacibinin detalları açıqlanıb
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapellonun məvacibinin detalları açıqlanıb. İdman.com.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin müqaviləsinin sponsorlarından biri Moskva “Spartak”ının sahibi Leonid Fedun olacaq. Kapello Rusiyada ildə 10 milyon avro qazanacaq. Bunun 50 faizini “Lukoyl” neft şirkətinin vitse-prezidenti Leonid Fedun ödəyəcək.

Xəbər 999 dəfə oxundu.