Erlinq Haaland başa çatan mövsümdə Bundesliqanın ən yaxşı futbolçusu seçilib
“Borussiya Dortmund” klubunun norveçli hücumçusu Erlinq Braut Haaland azarkeşlər arasında keçirilən səsvermə nəticəsində Bundesliqada 2020-2021-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.

Norveç millisinin futbolçusu uğurlu çıxışı ilə komandasının mövsümün sonunda ilk üçlükdə qərarlaşmasında mühüm rol oynayıb.

E.Haaland cari mövsüm Bundesliqada 28 oyunda 27 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçu Almaniya çempionatının başa çatan mövsümünü bombardirlər cədvəlində üçüncü yerdə başa vurub. Yarışmada birinci pilləni 41 qolla Robert Levandovski (“Bavariya”), ikinci yeri isə 28 qolla Andre Silvani (“Ayntraxt”) tutublar.


Xəbər 449 dəfə oxundu.