Cennaro Qattuzo “Fiorentina” klubunun baş məşqçisi təyin edilib
İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Klubun yeni mövsümdən çalışdırıcısı “Napoli” klubunun sabiq məşqçisi Cennaro Qattuzo olacaq. Müqavilənin şərtləri hələ açıqlanmayıb. Mütəxəssislə razılaşma iyunun 1-dən qüvvəyə minəcək.

Cennaro Qattuzo “Fiorentina”da Cuzeppe Yakini əvəzləyib.

Florensiya şəhərinin təmsilçisi İtaliya A Seriyasını 13-cü yerdə başa vurub.

Xəbər 409 dəfə oxundu.