Azərbaycan paracüdoçusu Qran-Pri turnirində finala yüksəlib
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirində ikinci günün yarışları davam edir.

Qadınlar arasında turnirdə Xanım Hüseynova (63 kq) yarımfinalda ukraynalı, İrina Husievaya qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi rusiyalı Olqa Pozdneşeva olacaq.

Azərbaycan cüdoçuları turnirin ikinci günündə 7 çəki dərəcəsində mübarizə aparırlar.

On səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.

“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Xəbər 411 dəfə oxundu.