Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisinin 5-ci turunda Gürcüstan şahmatçısı ilə üz-üzə gələcək
Mayın 26-da Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin beşinci turunun oyunları keçiriləcək.

Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə gürcüstanlı Nana Dzaqnidze ilə görüşəcək. Turun digər oyunlarında rusiyalı şahmatçılar Katerina Laqno ukraynalı Anna Muzıçuk, Alina Kaşlinskaya almaniyalı Elizabet Paets, Valentina Qunina qazaxıstanlı Dinara Saduakassova, Ukraynanın digər təmsilçisi Mariya Muzıçuk rumıniyalı İrina Bulmaqa, bolqarıstanlı Antoaneta Stefanova qazaxıstanlı Jansaya Abdumalik ilə üz-üzə gələcəklər.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 367 dəfə oxundu.