“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq
Mayın 26-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçiriləcək.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu mərhələdə niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) Uesli So (ABŞ) ilə görüşəcəklər.

Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Xəbər 370 dəfə oxundu.