Təmkin Xəlilzadə "Zirə" klubu ilə ikiillik müqavilə imzalayıb
"Sabah" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə "Zirə" komandasına qayıdıb.

Cinah oyunçusu ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə də "Zirə"nin formasını geyinmiş 28 yaşlı müdafiəçi daha əvvəl "Qarabağ", AZAL, "Qəbələ" və "Sabah"da çıxış edib. O, yığmada 22 oyuna çıxıb və 3 qol vurub.


Xəbər 396 dəfə oxundu.