Zinəddin Zidan “Real”da baş məşqçiliyə başlayır
Fransa yığmasının sabiq futbolçusu Zinəddin Zidan “Real”da baş məşqçiliyə başlayır. İdman.com.az saytının məlumatına görə, madridlilərin sabiq üzvü əsas yox, gənclərdən ibarət komandanın “sükan”ını ələ almağa hazırlaşır.

“Kral klubu”nun yaydığı press-relizdə bu təyinatın yaxın günlərdə reallaşacağı yazılıb.

Qeyd edək ki, son illərdə “Real”da idman direktoru postunu tutan Zidan bir müddət əvvəl məşqçilik karyerasına başlamaq istədiyini söyləmişdi.

Xəbər 1041 dəfə oxundu.