“Sabah” klubu şimali makedoniyalı futbolçuya təklif göndərib
“Sabah” klubu Şimali Makedoniyanın U-21 yığmasının üzvü Nikola Serafimova təklif göndərib.

Son klubu “Akademika Pandev” olan 21 yaşlı futbolçuya cəlbedici təklif göndərilsə də, o, dərhal qərar verməyə tələsməyib. Bu da mövsümün yenicə başa çatması ilə əlaqədardır. Sövdələşmə baş tutarsa, futbolçu “Sabah”a azad agent statusu ilə keçəcək. Belə ki, onun “Akademiya Pandev”lə müqaviləsi mayın 30-da sona çatır.

Ucaboy mərkəz müdafiəçisi Şimali Makedoniyanın gənclər yığmasında 7 oyuna çıxıb.


Xəbər 381 dəfə oxundu.