Belarus millisi Azərbaycan yığması ilə oyun üçün heyətini açıqlayıb
Futbol üzrə Belarus yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Baş məşqçi Georgi Kondratyev 23 oyunçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Anton Çiçkan (BATE), Pavel Pavlyuçenko ("Rux"), Vladislav Vasilyuçek ("İsloç"), müdafiəçilər - Denis Polyakov ("Kayrat", Qazaxıstan), Maksim Volodko (BATE), Kirill Peçenin ("Rux"), Nikolay Zolotov ("Kolos", Ukrayna), Maksim Şveçov ("Dinamo- Minsk"), Qleb Şevçenko, Ruslan Xadarkeviç (hər ikisi "Şaxtyor" Soliqorsk), İqor Zayats ("Qomel"), yarımmüdafiəçilər - Yevgeni Yablonski (BATE), Maks Ebonq ("Astana", Qazaxıstan), Roman Yuzepçuk, Yevgeni Şevçenko, Denis Qreçixo (hamısı "Rux"), Vladislav Klimoviç ("Dinamo-Minsk"), Dmitri Podstrelov ("Şaxtyor" Soliqorsk), Dmitri Antilevski ("Torpedo-BelAZ"), Yevgeni Beryozkin ("Liepaya", Latviya), Pavel Sedko ("Dinamo-Brest"), hücumçular - Maksim Skavış (BATE) və Andrey Solovey ("Qomel") yer alıblar.

Qeyd edək ki, Belarus - Azərbaycan oyunu iyunun 2-də Minskdə təşkil olunacaq. “Dinamo” stadionunda oynanılacaq görüşdə azarkeşlərin iştirakına icazə verilib. Artıq matçın biletləri satışa çıxarılıb.


Xəbər 381 dəfə oxundu.