"Zirə" klubu Riçard Almeydanı heyətində saxlamaqda maraqlıdır
"Zirə" futbol klubu ötən ilin oktyabrında heyətinə qatdığı Riçard Almeydanı heyətində saxlamaqda maraqlıdır.

“Qartallar” Azərbaycan millisinin sabiq futbolçusuna yeni müqavilə təklif edib. Otuz iki yaşlı yarımmüdafiəçi şərtlərlə razılaşsa, onunla müqavilə iki il müddətinə uzadılacaq.

Braziliyalı futbolçu 2012/2018-ci il mövsümündə və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. Onun bunadək son klubu Birləşmiş Ərəb Əmirliklərində "Baniyas" olub.

Xəbər 382 dəfə oxundu.