İki paracüdoçumuz “IBSA Judo Grand-Prix Baku 2021” turnirinin finalına vəsiqə qazanıb
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirində Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb.

Namiq Abbaslı (66 kq) gürcüstanlı rəqibinə qalib gələrək finala adlayıb. O, həlledici qarşılaşmada özbəkistanlı Utkirjon Niqmatovla mübarizə aparacaq.

Qadınların yarışında isə Sevda Vəliyeva (57 kq) finala yüksəlib. Onun həlledici mərhələdə rəqibi Parvina Səməndərova olacaq.

Qeyd edək ki, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.

“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Xəbər 383 dəfə oxundu.