Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Yığma komandanın baş məşqçisi vəzifəsinə Hans-Diter Flik təyin edilib. Belə ki, 56 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. O, bu vəzifədə baş məşqçi Yoahim Lövü əvəzləyəcək.

Bu mövsümün sonunda “Bavariya” klubundan ayrılan Hans-Diter Flik “Avro-2020”dən sonra yığmada yeni vəzifəsini icra edəcək.

Xəbər 387 dəfə oxundu.