Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisində dünya çempionu ilə qarşılaşacaq
Mayın 25-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin dördüncü turunun oyunları keçiriləcək.

Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə keçmiş dünya çempionu, Ukrayna təmsilçisi Mariya Muzıçuk ilə görüşəcək.

Qeyd edək ki, ötən turlarda 2 heç-heçə, 1 qələbəyə nail olan şahmatçımız liderdən cəmi yarım xal geri qalıb. O, hazırda 2 xalla 3-5-ci yerləri bölüşür.

Turun digər oyunlarında rusiyalı şahmatçılar Katerina Laqno bolqarıstanlı Antoaneta Stefanova, Valentina Qunina ukraynalı Anna Muzıçuk, Alina Kaşlinskaya Qazaxıstan şahmatçısı Dinara Saduakassova ilə üz-üzə gələcəklə. Rumıniyalı İrina Bulmaqa Qazaxıstanın digər təmsilçisi Jansaya Abdumalik, gürcüstanlı Nana Dzaqnidze almaniyalı Elisabet Paets ilə qarşılaşacaqlar.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 367 dəfə oxundu.