Kriştiano Ronaldo tarixi nailiyyət qazanıb
Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo tarixi nailiyyət qazanıb.

Futbolçu A seriyasında mövsümü bombardir kimi başa vurub. Otuz altı yaşlı portuqaliyalı 33 oyunda 29 qol vurub.

Üç mövsüm ərzində "Yuventus"da ilk dəfə A Seriyasının bombardiri olan K.Ronaldo, həm də karyerası ərzində İngiltərə, İspaniya və İtaliya çempionatlarında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu komandaya Madrid “Real”ından transfer olunub. Portuqaliyalı futbolçunun Turin klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.

Xəbər 389 dəfə oxundu.