Bakıda gimnastların dünya və Avropa çempionu Vladislav Oskner ilə görüşü olub
Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının səfiri, dəfələrlə dünya və Avropa çempionu, rusiyalı məşqçi Vladislav Osknerin gənc azərbaycanlı gimnastlarla görüşü keçirilib.

Görüş zamanı məşqçi gimnastların suallarına cavab verib, öz təcrübəsini bölüşüb. V.Oskner vurğulayıb ki, idmanda ən əsas məsələ öz üzərində işləməkdir: "Əgər idmançı işləməyə hazırdırsa, onun üçün heç bir əngəl qorxulu deyil. Sizə hər zaman irəli getməyi arzulayıram".

Yarışların səfiri Milli Gimnastika Arenasında idmançılar üçün gözəl şəraitin yaradıldığını vurğulayıb.

Qeyd edək ki, aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı mayın 27-dən 29-dək Bakıda keçiriləcək və 2021-ci ildə Azərbaycan Gimnastika Federasiyasının təşkil edəcəyi ən irimiqyaslı yarışlardan biri olacaq.

Xəbər 360 dəfə oxundu.