“Milan” klubu xorvatiyalı hücumçusu Mario Mandzukiç ilə müqavilənin müddətini uzatmayıb
“Milan”ın xorvatiyalı hücumçusu Mario Mandzukiç klubla müqaviləsi başa çatdığı üçün komandadan ayrılıb.

İtaliya təmsilçisi futbolçu ilə bu il iyunun sonuna qədər qüvvədə olan müqaviləni yeniləməyib.

Xorvatiyalı futbolçu 2021-ci ilin yanvarından Stefano Piolinin komandasında çıxış edir. Komandada 10 oyun keçirən 34 yaşlı hücumçu fərqlənə bilməyib.


Xəbər 348 dəfə oxundu.