Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniya yığması ilə yoxlama oyunları keçirəcək
Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.

Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Qızıl Avropa Liqasının birinci dövrəsinə ev sahibliyi edəcək Rumıniya ilə gücünü yoxlayacaq.

Görüşlər Kluj şəhərində mayın 24-də və 25-də baş tutacaq.

Qeyd edək ki, Qızıl Avropa Liqasının “A” qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

Xəbər 403 dəfə oxundu.