İradə Aşumova bu gün XXX London Yay Olimpiya Oyunlarında növbəti dəfə hədəf önünə çıxacaq
Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova bu gün XXX London Yay Olimpiya Oyunlarında növbəti dəfə hədəf önünə çıxacaq. İdman.com.az saytının məlumatına görə, 10 m məsafəyə atəşaçma yarışlarında 39-cu olan güllə atıcımız ikinci cəhdində 25 m məsafədən dəqiqliyini yoxlayacaq.

Finala vəsiqə uğrunda 74 snayper yarışacağından atletlər 2 qrupa bölünüb. Aşumova bu yarımqruplardan birincisində yer alıb ki, həmin 37 idmançı saat 13:00-da mübarizəyə başlayacaq. Hər 2 qrupun yekun nəticəsinə əsasən isə 8 ən güclü idmançı finala yüksələcək.

Qeyd edək ki, həlledici mərhələ saat 19:30-da start götürəcək.

Xəbər 1283 dəfə oxundu.