Şahmatçımız Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisində turnir cədvəlinin lideri ilə görüşəcək
ayın 24-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Prinin üçüncü turunun oyunları keçiriləcək.

Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə növbəti turda turnir cədvəlinin lideri qazaxıstanlı Jansaya Abdumalik (2 xal) ilə qarşılaşacaq. Şahmatçımız ötən iki turun nəticəsinə görə, 1,5 xalla 2-5-ci yerləri bölüşür.

Turun digər oyunlarında rusiyalı Katerina Laqno həmyerlisi Valentina Qunina, Rusiyanın digər təmsilçisi Alina Kaşlinskaya ukraynalı Anna Muzıçuk, bolqarıstanlı Antoaneta Stefanova rumıniyalı İrina Bulmaqa, Ukraynanın daha bir təmsilçisi Mariya Muzıçuk almaniyalı Elisabet Paets, Qazaxıstan şahmatçısı Dinara Saduakassova gürcüstanlı Nana Dzaqnidze ilə qarşılaşacaqlar.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 379 dəfə oxundu.