İdman gimnastlarımız Macarıstanda keçirilən beynəlxalq turnirdə fərqləniblər
Macarıstanın paytaxtı Budapeştdə idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi kişi idman gimnastikası üzrə yığma komandamızın üzvləri Mənsum Səfərov, Anar Həsənov, Aydın Əlizadə, Ramin Dəmirov və Rəsul Əhmədzadə təmsil ediblər.

Turnirdə gimnastlarımız komandamızın hesabına 10 medal yazdırıblar.

Medallardan 6-sı A.Əlizadənin payına düşür. Çoxnövçülükdə gümüş medal qazanan gimnastımız halqalarla yarışların nəticəsinə görə fəxri kürsünün birinci, dayaqlı tullanma, sərbəst hərəkətlər, turnikdə çıxışına görə ikinci, paralel qollarda çıxışına görə isə üçüncü pilləsinə yüksəlib.

R.Əhmədzadə çoxnövçülük və sərbəst hərəkətlərdə bürünc medal, dəstəli at üzərində hərəkətlərə görə isə gümüş medal qazanıb. Onun komanda yoldaşı R.Dəmirov isə halqalar üzərində hərəkətlərdə ikinci olub.

Xəbər 380 dəfə oxundu.