Paralimpiyaçımız Nurlan Babacanov dünya kuboku yarışlarında üçüncü olub
Azərbaycan paralimpiyaçısı Nurlan Babacanov (97 kq) Tbilisidə keçirilən dünya kuboku yarışlarında fərqlənib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, pauerliftinq idman növü üzrə milli komandamızın üzvü N.Babacanov 190 kiloqram nəticə göstərərək yarışın bürünc medalına sahib olub.

Yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (107 kq-dan yuxarı) dünya kuboku yarışlarında qızıl medala sahib olub.

Xəbər 384 dəfə oxundu.