“Neftçi” klubu ispaniyalı məşqçisi ilə müqaviləni yeniləyib
Bakının “Neftçi” futbol klubu fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb.

İspaniyalı mütəxəssislə anlaşma daha 1 illiyə artırılıb.

Mütəxəssis 2021/2022-ci il mövsümünün sonunadək bu vəzifəni icra edəcək.

Qeyd edək ki, E.Karo 2021-ci ilin yanvarından “Neftçi”də çalışır.


Xəbər 347 dəfə oxundu.