Cüdo üzrə Azərbaycan millisinin daha bir üzvü bu gün tatamiyə çıxacaq | |
London Olimpiadasında uğursuz çıxış edən cüdo üzrə Azərbaycan millisinin daha bir üzvü bu gün tatamiyə çıxacaq. İdman.com.az saytının məlumatına görə, Ağayar Axundzadənin yetirmələrindən Elxan Məmmədov (90 kq) yarışın arxada qalan 4 gündə qeydə alınan məğlubiyyətlərin qisasını almaq üçün mübarizəyə 1/16 finaldan start verəcək. O, ilk cəhdində Kristof Lamberti (Almaniya) sınağa çəkəcək. Bu görüş saat 13:44-də olacaq. Məmmədov qalib gələcəyi halda, Dae-Nam Sonq (Cənubi Koreya) – Yuan Romero (Uruqvay) cütünün qalibi ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, Olimpiadaya lisenziya qazanan 8 cüdoçumuzdan 6-sı Londonda məğlubiyyətə üzülüb. |
|
Xəbər 1284 dəfə oxundu. |
|
|