“Lill” tarixində dördüncü dəfə Fransa çempionu olub
Mayın 23-də futbol üzrə Fransa çempionatının 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.

Bu, 38 turdan sonra 83 xal toplayan “Lill” klubu olub. Onlar bir xalla “Paris Sen-Jermen” komandasını qabaqlayıb.

Son turda “Lill” səfərdə “Angers” klubunu 2:1 hesabı ilə məğlub etdikdən sonra tarixində dördüncü dəfə Fransa çempionu olub.

“Paris Sen-Jermen” komandası son turda “Brest” klubundan 2:0 hesabı ilə üstün olsa da, bu paytaxt təmsilçilərə çempion olmağa kifayət etməyib.

Xəbər 359 dəfə oxundu.