Şahmat üzrə Qran-Pri turnirində Günay Məmmədzadə ilk qələbəsini qazanıb
Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin ikinci turunun oyunları keçirilib.

Yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə rəqibi rumıniyalı İrina Bulmaqaya qalib gələrək, aktivinə 1 xal yazdırıb. O, 1,5 xalla 2-5-ci pillədə qərarlaşıb. Şahmatçımızın birinci turda bolqarıstanlı Antoaneta Stefanova ilə qarşılaşması heç-heçə ilə başa çatmışdı.

Turun digər oyunlarında rusiyalı şahmatçı Katerina Laqno həmyerlisi Alina Kaşlinskaya, bolqarıstanlı Antoaneta Stefanova Rusiyanın digər təmsilçisi Valentina Quninaya qalib gəlib. Ukrayna təmsilçiləri Mariya Muzıçuk Qazaxıstan şahmatçısı Dinara Saduakassovaya qalib gəlib, Anna Muzıçuk gürcüstanlı Nana Dzaqnidze ilə heç-heçə edib. Qazaxıstanlı Jansaya Abdumalik isə almaniyalı Elisabet Paets üzərində qələbə qazanıb.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.


Xəbər 350 dəfə oxundu.