Azərbaycan-2 komandası dünya yaş qrupları yarışlarında yeddinci olub
Azərbaycanı təmsil edən üçlük Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını yeddinci pillədə başa vurub.

Sara Əlixanlı, Aliyə İsmayılova və Sənəm Kazımovadan ibarət ikinci komandamızın çıxışı hakimlər tərəfindən 17,800 xalla qiymətləndirilib.

Rusiya-2 və Rusiya trioları, müvafiq olaraq, 19,500 və 18,850 xalla ilk iki pillədə yer alıblar. Macarıstan-2 komandası isə 18,600 xalla bürünc medala sahib olub.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 351 dəfə oxundu.