Səbinə Mikina mübarizəyə 1/16 final mərhələsindən başlayacaq
Olimpiadanın qılıncoynatma növündə yeganə təmsilçimiz Səbinə Mikina püşkün nəticəsinə əsasən mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. İdman.com.az saytının məlumatına görə, sablya növündə qüvvəsini sınayacaq həmyerlimiz ilk görüşündə almaniyalı Aleksandra Bujdosa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Xəbər 1666 dəfə oxundu.