Rusiyalı gimnast Danil Kudinov Bakıda keçirilən dünya yaş qrupları yarışlarında fərqlənib
Rusiyalı idmançı Danil Kudinov Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında fərqlənib.

D.Kudinov 15-17 yaşlı idmançılar arasında kişilərin fərdi proqramında uğurla çıxış edib və 20,350 xalla turnirin qalibi olub.

Daha bir rusiyalı idmançı Kirill Klimov (20,250 xal) və rumıniyalı Leonard Manta (20,200) ilk üçlüyü tamamlayıblar.

Sayca doqquzuncu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 352 dəfə oxundu.