Dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin turnirində qaliblər müəyyənləşib
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin turnirində qaliblər müəyyənləşib.

15-17 yaşlı idmançıların yarışında Rumıniya gimnastları Darius Branda və Darya Mixay 19,850 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Rusiya təmsilçiləri Danil Kudinov və Sofiya Yasnitskaya 19,800 xalla yarışı ikinci, bolqarıstanlı Xristo Manolov və Barislava İvanova isə 19,750 xalla üçüncü pilədə başa vurublar.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 369 dəfə oxundu.