Avropa çempionatı: Karate üzrə kumite komandamız bürünc medal qazanıb
Xorvatiyanın Poreç şəhərində böyüklərin 56-cı Avropa çempionatında kumite üzrə kişilərdən ibarət komandamız uğurla çıxış edərək medal qazanıb.

Çempionatın son günündə Avropa çempionatının bürünc medalı uğrunda İspaniya yığmasını məğlub edən komandamız üçüncü yeri tutub.

Qeyd edək ki, fərdi yarışlarda karateçilərimiz İrina Zaretska (68 kq) qızıl, Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) isə gümüş medallar qazanıblar.

Qitə çempionatında 15 karateçimiz iştirak edir. Yarışa bu gün yekun vurulacaq.

Xəbər 366 dəfə oxundu.