Gimnastımız Məryəm Topçubaşeva dünya yaş qrupları yarışında bürünc medal qazanıb
Azərbaycan təmsilçisi Məryəm Topçubaşeva Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında bürünc medal qazanıb.

12-14 yaş kateqoriyasında fərdi qadın gimnastların final yarışında M.Topçubaşevanın çıxışı hakimlər tərəfindən 19 xalla qiymətləndirilib. Gimnastımız yarışı üçüncü pillədə başa vurub.

Yarışın qalibi Rusiya idmançısı Yelizaveta Rudneva (19,800 xal) olub. Onun komanda yoldaşı Leysan Kuperşmit 19,700 xalla ikinci pillədə qərarlaşıb.

Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 361 dəfə oxundu.