Tokioda Olimpiya Oyunları ərəfəsində idmançıların peyvəndlənməsi sürətləndirilir
Tokioda Olimpiya Oyunlarının açılışına iki ay qalmış başqa ölkələrdən gəlmiş idmançıların, məşqçilərin və digər qonaqların koronavirusa qarşı peyvəndlənməsi sürətləndirilir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Tokio Oyunlarının təşkilat komitəsi təhlükəsiz yarışların təşkilinə çalışdıqlarını bəyan ediblər. Bildirilir ki, bütün dünyada pandemiyanı nəzarət altına almaq mümkün olmadığı halda belə, BOK Olimpiya Oyunlarının keçirilməsi üçün əlindən gələni edir.

Qeyd edilir ki, yarışların təhlükəsiz təşkili məqsədilə bütün iştirakçılara Milli Olimpiya komitələri vasitəsilə “Pfizer” və digər peyvəndlərin təmənnasız çatdırılması nəzərdə tutulur.

BOK Prezidenti Tomas Bax bildirib ki, “Atletlər kəndi”ndə yaşayacaq idmançıların, məşqçilərin və digər iştirakçıların ən azı 80 faizinə yarışlar başlayanadək peyvənd vurulacaq.

Xəbər 377 dəfə oxundu.