London 2012: qadınların futbol yarışında qrup mərhələsinə yekun vurulub
Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında qadınların futbol yarışında qrup mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, E, F və G qruplarında ümumilikdə 6 oyun baş tutub ki, sonda 1/4 finala vəsiqə qazanan növbəti və son 3 komandanın adına aydınlıq gəlib. İlk 2 turdan sonra Braziliya, Böyük Britaniya, Yaponiya, İsveç və ABŞ milli komandaları pley-offa vəsiqəni təmin etmişdisə, bu dəfə Yeni Zelandiya, Kanada və Fransa tərəfdarlarını sevindirdi. Okeaniya təmsilçisi G qrupunda 3-cü yeri tutan Şimali Koreyanı yalnız topların yaxşı nisbətinə görə üstələdi.

3-cü tur

E qrupu
Böyük Britaniya – Braziliya – 1:0
Yeni Zelandiya - Kamerun - 3:1
Xal durumu: Böyük Britaniya – 9, Braziliya – 6, Yeni Zelandiya - 3, Kamerun - 0

F qrupu
Kanada – İsveç 2:2
Yaponiya -CAR - 0:0
Xal durumu: İsveç, Yaponiya - 5, Kanada – 4, CAR - 1

G qrupu
Fransa – Kolumbiya – 1:0
ABŞ - Şimali Koreya – 1:0
Xal durumu: ABŞ – 9, Fransa - 6, Şimali Koreya – 3, Kolumbiya - 0

Qeyd edək ki, 1/4 finalda İsveç – Fransa, ABŞ – Yeni Zelandiya, Braziliya – Yaponiya, Böyük Britaniya – Kanada cütləri qarşılaşacaq.

Xəbər 1093 dəfə oxundu.