Şahmat üzrə Qran-Pri turnirində Günay Məmmədzadə rumıniyalı rəqibi ilə qarşılaşacaq
Mayın 24-də Cəbəllütariqdə dünyanın ən güclü qadın şahmatçılar arasında Qran-Pri turnirinin ikinci turunun oyunları keçiriləcək.

Bu nüfuzlu yarışda Azərbaycanı təmsil edən Günay Məmmədzadənin növbəti rəqibi rumıniyalı İrina Bulmaqa olacaq. Şahmatçımız birinci turda qadınlar arasında keçmiş dünya çempionu, bolqarıstanlı Antoaneta Stefanova ilə qarşılaşmasını heç-heçə ilə başa vurub.

Turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya həmyerlisi Katerina Laqno, Valentina Qunina bolqarıstanlı Antoaneta Stefanova, Qazaxıstan təmsilçiləri Dinara Saduakassova ukraynalı Mariya Muzıçuk, Jansaya Abdumalik almaniyalı Elisabet Paets, gürcüstanlı Nana Dzaqnidze Ukraynanın digər təmsilçisi Anna Muzıçuk ilə qarşılaşacaqlar.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.


Xəbər 366 dəfə oxundu.