Parakarateçimiz Avropa çempionatının qalibi olub
Xorvatiyanın Poreç şəhərində parakarate üzrə Avropa çempionatı davam edir.

Millimizin üzvü Emliya Mitlinova finalda Vask Karmenə (Estoniya) qalib gələrək Avropa çempionu adına layiq görülüb.

Bununla da parakarateçilərimizin Avropa çempionatında qazandıqları medalların sayı 3-ə çatıb.

Qeyd edək ki, müxtəlif kateqoriyalarda yarışan idmançılarımızdan Sahib Əhədov və Eldar Əhmədov bürünc medal qazanıblar.

Parakarate üzrə Avropa çempionatında 5 idmançımız mübarizə aparır. Qitə çempionatına mayın 23-də yekun vurulacaq.


Xəbər 460 dəfə oxundu.