“Atletiko Madrid” tarixində 11-ci dəfə İspaniya La Liqasının qalibi olub
Mayın 22-də futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turunun oyunlarına start verilib.

Çempionu həll edən turda turnir cədvəlinin lideri “Atletiko Madrid” səfərdə “Valyadolid” komandasının qonağı olub.

Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı “Valyadolid” 18-ci dəqiqədə Oskar Planonun sayəsində açsada, fasilədən sonra Madrid təmsilçisi ardıcıl iki dəfə fərqlənərək vacib qələbə qazanıb.

Paytaxt təmsilçilərinin heyətində Anxel Korrea və Luis Suares fərqləniblər.

Bu qələbə sayəsində “Atletiko Madrid” xal ehtiyatını 86-a çatdıraraq tarixində 11-ci dəfə İspaniya La Liqasının qalibi olub.

“Atletiko Madrid”in turnir cədvəlində əsas izləyicisi “Real Madrid” isə öz meydanında “Vilarreal” komandasını məğlub edib - 2:1. Bu qələbə “kral” klubunun çempion olmasına kifayət etməyib.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alıb:

“Osasuna” - “Real Sosyedad” - 0:1;

“Selta Viqo” - “Real Betis” - 2:3;

“Ueska” - “Valensiya” - 0:0;

“Eibar” - “Barselona” - 0:1;

“Elçe” - “Atletik Bilbao” - 2:0.

Xəbər 380 dəfə oxundu.