Dünya yaş qrupları yarışlarında qarışıq cütlüklərin yarışında təsnifat mərhələsinə yekun vurulub
Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında 15-17 yaşlı idmançılar arasında qarışıq cütlüklərin yarışında təsnifat mərhələsinə yekun vurulub.

Təsnifat mərhələsində uğurla çıxış edən Rusiya və Türkiyənin iki cütlüyü, həmçinin Bolqarıstan, Rumıniya, İtaliya və Portuqaliya gimnastları finala adlayıblar.

Final yarışları mayın 23-də təşkil olunacaq.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 387 dəfə oxundu.