Azərbaycan komandası qrup yarışlarında proqramını təqdim edib
Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Azərbaycanı təmsil edən Leyla Abdullazadə, Arzu Ağayeva, Rövşanə Bağırzadə, Leyla Bezxanova və Emiliya Mahmudovadan ibarət komanda qrupların yarışında proqramını təqdim edib. 15-17 yaş kateqoriyasında çıxış edən qrup hakimlərdən 16,200 xal alıb. Komandamız onuncu pillədə qərarlaşıb.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Xəbər 384 dəfə oxundu.