Gimnastımız Məryəm Topçubaşeva dünya yaş qrupları yarışının finalına yüksəlib
Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Fərdi qadın gimnastların yarışında Azərbaycan təmsilçisi Məryəm Topçubaşevanın çıxışı hakimlər tərəfindən 18,400 xalla qiymətləndirilib. Gimnastımız təsnifat mərhələsində 6-cı olub və finala yüksəlib.

Sayca 9-cu olan bu yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.


Xəbər 367 dəfə oxundu.