Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir
Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları davam edir.

Sayca 9-cu dəfə təşkil olunan yarışda 18 ölkədən 202 gimnast iştirak edir.

Turnirdə 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparırlar.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Milli Gimnastika Arenasında mayın 23-dək davam edəcək turnirdə ölkəmizi Leyla Abdullayeva, Arzu Ağayeva, Leyla Əhmədova, Sara Əlixanlı, Aylin Əliyeva, Rövşanə Bağırzadə, Leyla Bejanova, Dilarə Qurbanova, Fidan İbrahimova, Aliyə İsmayılova, Sənəm Kazımova, Evelina Kozlovskaya, Emiliya Mahmudova və Məryəm Topçubaşova təmsil edəcəklər.

Yarışın ikinci günündə 12-14 yaş kateqoriyasında çıxış edəcək gimnastlar fərdi qadınlar və qrup yarışlarında güclərini sınayacaqlar. 15-17 yaşlı gimnastlar isə fərdi kişilər, qrup, qarışıq cütlük və aero dans yarışlarında çıxış edəcəklər.

Xəbər 395 dəfə oxundu.