Şahmatçımız Günay Məmmədzadə Qran-Pri turnirində mübarizə aparacaq
Mayın 22-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin son mərhələsi keçiriləcək.

Yarışda Azərbaycanı Günay Məmmədzadə təmsil edəcək. G.Məmmədzadə ilə yanaşı, turnirdə hindistanlı Humpi Koneru, bolqarıstanlı Antoaneta Stefanova, qazaxıstanlı Dinara Saduakassova, Jansaya Abdumalik, ukraynalı Mariya Muzıçuk, Anna Muzıçuk, gürcüstanlı Nana Dzaqnidze, rusiyalı şahmatçılar Alina Kaşlinskaya, Valentina Qunina, Katerina Laqno, almaniyalı Elisabet Paets də iştirak edəcəklər.

Turnir iyunun 2-də yekunlaşacaq.

Xəbər 369 dəfə oxundu.