Parakarateçilərimiz Avropa çempionatında 2 bürünc medal qazanıblar
Xorvatiyanın Poreç şəhərində parakarate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan komandası 2 bürünc medal qazanıb.

Yarışa parakarateçilərimizdən Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova qatılıblar.

Müxtəlif kateqoriyalarda yarışan idmançılarımızdan Sahib Əhədov və Eldar Əhmədov bürünc medal qazanıb. Millimizin üzvləri Emliya Mitlinova finala yüksəlib, Lazım Allahverdiyev isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanıb.

Mükafatlar uğrunda fərdi görüşlər şənbə günü, komandalararası medal yarışları isə mayın 23-də keçiriləcək.

Xəbər 369 dəfə oxundu.