Fransa çempionatında mövsümün ən yaxşı qapıçısı seçilib
Fransa çempionatında mövsümün ən yaxşı qapıçısının adı açıqlanıb.

“Paris Sen-Jermen” (PSJ) futbol klubunun qapıçısı Keylor Navas Fransa Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı qapıçısı seçilib.

Paris təmsilçisinin 34 yaşlı qolkiperi səsvermədə Mayk Menyan (“Lill”), Antonio Lopes (“Lion”), Stiv Mandanda (“Marsel”) və Benjamen Lekontu (“Monako”) üstələyib.

Keçən il mövsümün erkən bitməsi səbəbindən səsvermə keçirilməyib. Ondan bir il əvvəl isə Mayk Menyan Fransa çempionatının ən yaxşı qapıçısı seçilib.


Xəbər 353 dəfə oxundu.