UEFA komandaların son iki mövsümdəki ümumi gəlir itkisinin 8,7 milyard avro olacağını proqnozlaşdırır
UEFA komandaların son iki mövsümdəki ümumi gəlir itkisinin 8,7 milyard avro olacağını proqnozlaşdırır.

Bunlardan 4 milyard avro bilet satışı, 2,7 milyard avro sponsorluq müqavilələri, 1,4 milyard avro isə televiziya yayımları ilə bağlı itkilərdir.

Hesabata görə, Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməyən klublara 2018-2021-ci illərdə UEFA tərəfindən ildə 558 milyon avro yardım edilirdisə, bu, 2021-ci ildən 2024-cü ilədək əhəmiyyətli dərəcədə artacaq. Bu məbləğdən 108 milyon avro seçmə mərhələdən keçə bilməyən klublara, 32 milyon avro pley-off mərhələsindən kənarlaşdırılan klublara, 130 milyon avro UEFA turnirlərinə daxil ola bilməyən klublarda gənclərin inkişafına, 269 milyon avro Avropa Liqasına, 21 milyon avro isə milli assosiasiyalara ayrılacaq.


Xəbər 362 dəfə oxundu.