Güləşçimiz Sərxan Məmmədov U-23 Avropa çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Turnirdə 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Sərxan Məmmədov startda Serbiya idmançısı Vladan Jivkoviçə qalib gələrək dörddəbir finala yüksəlib. Güləşçimizin növbəti rəqibi İsveçrə təmsilçisi Delian Hüseyn Alişahi olacaq.

Qeyd edək ki, Avropa çempionatında yarışan sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıblar.

Xəbər 369 dəfə oxundu.